İran ABŞ ilə danışıqlar aparmaqdan imtina edib Dünya

İran ABŞ ilə danışıqlar aparmaqdan imtina edib

İran ABŞ ilə danışıqlar aparmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Laricani yazıb ki, "Biz ABŞ ilə danışıqlar aparmayacağıq".

Siyasətçi "The Wall Street Journal" qəzetində Laricaninin guya diplomatik məsləhətləşmələrin bərpası ilə bağlı Oman vasitəsilə Vaşinqtona siqnal göndərdiyinə dair məlumatı belə şərh edib.

Məryəm Quliyeva