09:20
602
İsrail ordusu İran tərəfindən yeni raket buraxılışını qeydə alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Bu, günün əvvəlindən bəri İrandan gələn ilk raket xəbərdarlığıdır. Bundan qısa müddət sonra ölkənin bir sıra bölgələrində hava həyəcanı elan olunub. TASS-ın müxbirinin bildirdiyinə görə, siren səsləri Tel-Əviv ətrafında da eşidilib. Ardınca həmin ərazidə boğuq partlayış səsi qeydə alınıb.
Məryəm Quliyeva