İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 Mart 11:25
1 344
Baş verən hadisələr çərçivəsində sərhəddəki gömrük keçidləri aidiyyəti qurumlar tərəfindən yaxından izlənilir. Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere gömrük keçidlərində hazırda qeyri-adi vəziyyət müşahidə olunmur.
APA xəbər verir ki, bu, Türkiyənin Ticarət naziri Ömər Bolatın "X" hesabında İran–Türkiyə sərhədindəki son vəziyyətlə bağlı paylaşdığı məlumatda qeyd olunub.
Nazirin sözlərinə görə, yük daşımaları nəzarətli şəkildə davam edir, günübirlik sərnişin keçidləri isə qarşılıqlı olaraq dayandırılıb.
“İran öz vətəndaşlarının ölkəyə girişinə, Türkiyə isə öz vətəndaşları ilə üçüncü ölkə vətəndaşlarının keçidinə nəzarətli şəkildə icazə verir. Gömrük məntəqələrində əlavə tədbirlər görülüb, heyət və texniki imkanlar gücləndirilib. Müvafiq qurumlar arasında koordinasiya davam etdirilir və proses yaxından nəzarətdə saxlanılır”, – nazir qeyd edib.