İsrail Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib Dünya

İsrail Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livan ərazisində “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələrə başladığını bəyan edib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.

Zərbələr “Hizbullah” tərəfindən İsrail ərazisinə atəş açılmasına cavab olaraq həyata keçirilir.

İsrail Baş Qərargah rəisi Eyal Zamir növbəti əməliyyat planlarını təsdiqləyib və fasiləsiz hücum və müdafiə tədbirlərinə hazırlıq görülməsi barədə göstəriş verib.