Kriptobirjada satışlar artıb, "Bitcoin"in qiyməti 67 min dollardan aşağı enib İqtisadiyyat

Kriptobirjada satışlar artıb, "Bitcoin"in qiyməti 67 min dollardan aşağı enib

Kriptovalyuta bazarında son 24 saatda qarışıq dinamika qeydə alınıb.

“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kripto bazarının ümumi kapitallaşması 1,29% azalaraq 2,3 trln. ABŞ dollarına enib.

Bazarda qorxu əhval-ruhiyyəsi güclənib. “Fear & Greed” indeksi 15 bənd səviyyəsində qərarlaşıb ki, bu da “ekstremal qorxu” zonasını göstərir.

"Bitcoin"in qiyməti 0,71% azalaraq 66 935,72 ABŞ dolları olub. "Ethereum" 1,83% ucuzlaşaraq 1 978,90 dollara enib. BNB-nin qiyməti isə 0,81% azalıb.

Bununla belə, qızıl təminatlı tokenlərdə artım müşahidə olunub. PAX Gold 1,09%, Tether Gold isə 0,88% artıb.

Digər tərəfdən, "Bitcoin Cash"in qiyməti 1,47%, "Zcash"ın qiyməti 5,42% azalıb. Monero isə 0,65% bahalaşıb.

Analitiklərin fikrincə, bazarda sutkalıq dəyişikliklərin əsas səbəbi Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda investorların risk iştahının azalmasıdır. ABŞ və İsrailin İranla bağlı hərbi əməliyyatları qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb. Bu isə riskli aktivlərdən, o cümlədən kriptovalyutalardan vəsait çıxışını sürətləndirərək satış təzyiqini gücləndirib.