"Qatar Energy" LNG istehsalını dayandırdı Dünya

"Qatar Energy" LNG istehsalını dayandırdı

"Qatar Energy" İranın hava hücumları səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb.

Bildirilir ki, "Qatar Energy" Ras Laffan və Mesaid sənaye şəhərlərindəki əməliyyat obyektlərinə hərbi hücum səbəbindən mayeləşdirilmiş təbii qaz və əlaqəli məhsulların istehsalını dayandırıb.

Qətər Müdafiə Nazirliyi daha əvvəl iki pilotsuz İran təyyarəsinin Mesaid elektrik stansiyasındakı su anbarına və Ras Laffandakı Qatar Enerji müəssisəsinə hücum etdiyini bildirmişdi.