ABŞ-nin Baş Qərargah rəisi: İrandakı məqsədlərimizə çatmaq üçün vaxt lazım olacaq Dünya

ABŞ-nin Baş Qərargah rəisi: İrandakı məqsədlərimizə çatmaq üçün vaxt lazım olacaq

“Bu, bir gecədə həyata keçirilə biləcək əməliyyat deyil, məqsədlərimizə çatmaq üçün vaxt lazım olacaq”.

Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn İranda davam edən hərbi əməliyyatları şərh edərkən deyib.

“Bir aydır bölgədəki qüvvələrimizin sayını artırırdıq. Bura minlərlə əsgər, yüzlərlə qırıcı təyyarə, onlarla yanacaqdoldurma təyyarəsi, sursat və təchizat daxildir. Yaxın Şərqdəki qüvvələrimizi artırmağa davam edirik. Daha çox qüvvə gələcək”, - o bildirib.