ABŞ-ın Peşəvərdəki Baş Konsulluğu fəaliyyətini dayandırıb Dünya

ABŞ-ın Peşəvərdəki Baş Konsulluğu fəaliyyətini dayandırıb

ABŞ-ın Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.

Bu barədə ABŞ-ın İslamabaddakı səfirliyi məlumat yayıb.

Səfirliyin internet saytında yerləşdirilən açıqlamaya görə, ABŞ-ın Karaçi və Lahordakı Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib.

Məlumata görə, ABŞ-ın İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.