İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Mart 09:38
1 421
Dünya enerji bazarlarında neftin qiyməti 80 dollara yaxınlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 2,08% və ya 1,48 ABŞ dolları artaraq 72,71 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,59% və ya 2,01 ABŞ dolları artaraq 79,75 ABŞ dollarına çatıb.
Qiymət artımı Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə İran ətrafında hərbi eskalasiya və Hörmüz boğazı ilə bağlı risklərin yüksəlməsi fonunda bazarda təchizatla bağlı narahatlıqların artması ilə izah olunur. Treyderlər mümkün tədarük pozuntularını qiymətlərə daxil etməyə davam edir.