15:09
805
İsrail Müdafiə Ordusu (İMQ) Beyrutda şiə hərəkatı Hizbullahın komanda mərkəzinə və yeraltı silah anbarına zərbələr endirdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "İsrail Müdafiə Qüvvələri Beyrutda Hizbullahın yeraltı silah anbarına və komandanlıq mərkəzinə zərbə endirib. İsrail Müdafiə Qüvvələri həmçinin Hizbullahın terror hücumları, kəşfiyyat məlumatları toplamaq və təbliğat üçün istifadə etdiyi bir obyektə də zərbə endirib".
Məryəm Quliyeva