ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək?
4 Mart 23:52

Artur Belous: “Bir tərəfdən sülh lazımdır, digər tərəfdən, nə siyasi elita, nə də əhalinin əksəriyyəti alçaldıcı şərtləri qəbul etməyə hazırdır”
2026-cı ilin fevral ayında Rusiya Ukraynaya 288 raket atıb, bu da 2023-cü ilin əvvəlindən bəri ən yüksək aylıq göstəricidir.
Bu barədə AFP agentliyi Ukrayna Hərbi Hava Qüvvələrinin gündəlik hesabatlarına əsasən məlumat yayıb. Belə ki, raketlərdən əlavə, Rusiya ötən ay Ukraynaya 5059 uzaqmənzilli PUA hücumu edib ki, bu da yanvarla müqayisədə 13% çoxdur:
"Keçən qış Ukraynada müharibə başlayandan bəri ən sərt qış olub. Rusiyanın mülki infrastrukturu kütləvi şəkildə atəşə tutması elektrik və istilik təchizatının geniş şəkildə kəsilməsinə səbəb olub və yüz minlərlə ukraynalı elektriksiz, istiliksiz qalıb. Prezident Vladimir Zelenski də bildirmişdi ki, üç ay ərzində Rusiya Ukraynaya qarşı 14600-dən çox idarə olunan bomba, 738 raket və 19000-ə yaxın hücum PUA-sından, ilk növbədə İran "Şahid"lərindən istifadə edib".
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna Rusiyanın gələcək hücum əməliyyatları planlarından xəbərdardır. Onun sözlərinə görə, Ukrayna Rusiyanın 2025-2027-ci illər üçün sənədlərini və planlarını ələ keçirib: “Onların məqsədləri aktual olaraq qalır: ölkəmizin şərqini, yəni Donetsk və Luqansk vilayətlərini işğal etmək. Onlar Zaporojye bölgəsi və Dnepr istiqamətində də davam etmək istəyirlər. Lakin bu istəyin hələlik reallıqla heç bir əlaqəsi yoxdur, çünki onlar tapşırığı yerinə yetirə bilmirlər”.
Bu arada münaqişənin həllinə çalışan ABŞ-dan hələlik intensiv addımlar gözlənilmir. ABŞ sadəcətərəflər arasında danışıqlara üstünlük verir ki, bu danışıqlar da heç bir nəticə verməyib. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov isə deyib ki, Rusiya Ukrayna üçün ABŞ-dan təhlükəsizlik zəmanətlərini qəbul etmək məcburiyyətində qalacaq.
“Təhlükəsizlik zəmanətlərinə gəldikdə, əvvəlki danışıqlarda Rusiya tərəfi birbaşa ABŞ-ın Ukraynaya təklif etdiyi təhlükəsizlik zəmanətlərini qəbul edəcəklərini bildirmişdi. Necə deyərlər, bundan yayınmaq mümkün deyil”, - Budanov vurğulayıb.
Budanov əlavə edib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı müəyyən irəliləyişlər görür. O, hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibənin sonu ilə paralel olaraq qüvvəyə minəcək.
Tərəflərin liderlər arasında göeüş də dalana dirənib. Rusiya Prezidenti Putin Ukrayna Prezidenti Zelenskini Moskvaya dəvət edib və hətta onun təhlükəsizliyinə zəmanət də verib. Amma Zelenski ona inanmadığından bu görüşdən imtina edib. Deyib ki, görüş neytral ölkədə keçirilməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski "Skay Nyus"a müsahibəsində deyib ki, Putini Kiyevə dəvət edə bilərəm, amma bunun mənası nədir? Mən onunla oyun oynamıram. Görüşə və danışıqlara hazıram, lakin neytral platformada.
“Hətta mütləq neytral da olmaya bilər, amma Rusiya və Belarusda yox. Çünki onlar bu müharibədə müttəfiqdirlər. Belarus passiv aqressordur. Bizə Belarus ərazisindən hücum edilib”, - Zelenski əlavə edib.
Siyasi elmlər namizədi, Ukrayna Ali Radasının sabiq deputatı Artur Belous “Xalq Cəbhəsi”nə deyib ki, fevralın 24-ü Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından dörd il ötür. 12 il əvvəl başlayan müharibə bu gün də davam edən qaynar fazaya qədəm qoyub: “Putin Rusiyası öz məqsədlərinə nail oldumu? “Bəli”dən daha çox yox. Çətin ki, Kiyevi üç günə ələ keçirmək məqsədi ciddi şəkildə düşünülüb. Ancaq aydındır ki, Kreml rəhbərliyi "xüsusi əməliyyatını" hələ 2022-ci ildə başa çatdırmaq niyyətində idi. İlk növbədə, "Kiyev rejimini" özlərinin dediyi kimi, onlara sadiq bir rejimlə əvəzləməklə.
Müharibənin ilk günləri Putini nikbinliklə doldurmuşdu. Kiyev, Xerson, Mariupol və digər istiqamətlərdə on kilometrlərlə irəliləyişlər edildi. Xerson və Mariupol tutuldu və rus ordusu Kiyevə yaxınlaşdı.
Lakin sonrakı döyüşlər rus generallarının planına uyğun gəlmədi. İşğalın ilk günlərinin sarsıntısından sağ çıxan Ukrayna qoşunları ölkə boyu on minlərlə vətəndaşın sarsılmaz öz-özünə səfərbərliyi ilə dəstəklənərək təcavüzkara layiqli cavab verdi.
Jitomir, Çerniqov və Kiyevə gedən digər magistral yollarda rus qoşunları və texnikası kolonnaları məharətlə vuruldu. Nəticədə, işğaldan təxminən bir ay sonra düşmən bu bölgələrdən geri çəkilməyə məcbur oldu. Eyni vaxtda İstanbulda başlayan sülh danışıqları nəticəsiz başa çatıb”.
Sabiq deputat qeyd edib ki, daha sonra, 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda və şərqində bir sıra uğurlu əməliyyatlar keçirərək, Xersonu, həmçinin Xarkov və Sumı vilayətlərində əvvəllər işğal olunmuş əraziləri azad edib.
Ümumi ruh yüksəkliyi fonunda 2023-cü ildə Ukrayna qüvvələri tərəfindən böyük əks-hücum və bütün ölkənin azad edilməsi gözlənilirdi. Təəssüf ki, buna nail olunmadı. Ruslar bütün hərbi əməliyyatlar boyunca keçilməz müdafiə xətləri qurmağı bacardılar.
O vaxtdan bu günə qədər müharibə səngər müharibəsinə və yıxılmaya çevrildi. Belə desək, Şərq Cəbhəsində sülhün olmadığını demək olar. Üç il ərzində düşmən Ukrayna ərazisinin 1%-dən çoxunu tutmayıb: “Yeni müharibə texnologiyaları, ilk növbədə dronların istifadəsi, xəndəklər, mina sahələri və digər istehkamlarla birləşərək, hər iki tərəfin əhəmiyyətli irəliləyişini demək olar ki, qeyri-mümkün edir.
Bu şəraitdə Rusiya tərəfi Ukraynanı hədəfə alaraq enerji terrorizmi taktikasını mənimsəyib. 2022-ci ilin payızından başlayaraq bu günə qədər Ukraynanın iri şəhərlərinə raket və dron hücumları elektrik, istilik və digər kommunal xidmətlərin uzun müddət kəsilməsi ilə nəticələnib. Ukrayna Rusiya ərazisinə cavab zərbələri endirir, ilk növbədə düşmənin hərbi istehsalat obyektlərini, anbarlarını və neft anbarlarını hədəfə alır.
Lakin bir il əvvəl Donald Trampın Ağ Evə qayıtmasından sonra danışıqlar prosesi qarışıq müvəffəqiyyətlə bərpa olundu. ABŞ-ın vasitəçiliyi ilə tərəflər bəzi texniki detallar, xüsusən də atəşkəs monitorinqi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, danışıqlar prosesində gələcək irəliləyiş və əldə edilmiş razılaşmaların yekunlaşdırılması siyasi, xüsusən də ərazi məsələlərinin həllindən asılıdır.
Belə ki, Rusiya Ukraynanın neytral statusu, NATO-ya qoşulmaması və Ukrayna qoşunlarının Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsindən çıxarılmasına zəmanət tələb edir. NATO məsələsi Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının vəd etdiyi təhlükəsizlik zəmanətləri ilə müəyyən qədər kompensasiya edilsə də, tərəflər ərazi mübahisəsində çıxılmaz vəziyyətə düşüblər. Kiyev Moskvanın israr etdiyi güzəştlərlə razılaşmaqdan imtina edir”.
Onun fikrincə, gələcək hadisələr daha çox müharibə edən tərəflərin iqtisadi imkanlarından asılı olacaq. Rusiyada neft gəlirlərinin azalması, büdcə kəsiri və inflyasiya ilə bağlı mənfi tendensiyalar artmaqdadır. Eyni zamanda, hərbi-sənaye kompleksi və ümumdaxili məhsul büdcəsi baxımından Rusiyadan on dəfə kiçik olan Ukrayna iqtisadiyyatı da gücdən uzaqdır: “ABŞ-dan birbaşa maliyyə yardımı administrasiya dəyişikliyindən sonra dayandırılıb, avropalı tərəfdaşlardan isə azalıb. Ukrayna hazırda Macarıstanın əngəllədiyi Avropa İttifaqının 90 milyard avroluq yardımı ilə bağlı qərarını gözləyir.
Ukrayna bu gün yol ayrıcındadır. Bir tərəfdən ona sülh lazımdır. Digər tərəfdən, nə siyasi elita, nə də əhalinin əksəriyyəti onun alçaldıcı şərtlərini qəbul etməyə hazırdır. Onların zamanla təkmilləşib-düzəlməyəcəyi açıq sualdır. Ümid edirik və inanırıq”.
Cavid