İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Mart 10:31
1 512
ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.
O, ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda - dənizdə cinayət törətməkdə ittiham edib.
“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, - Əraqçi vurğulayıb.
Qeyd edək ki, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb.