“AzerGold”da kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib - FOTO
Dövlət Departamenti: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülhdən faydalana bilər
Ceyhun Bayramov: Sabah Qətərdə qalan insanlarımız Ciddədən təxliyə ediləcək
Azərbaycan XİN: 50-dən çox ölkə vətəndaşlarının İrandan təxliyəsi üçün müraciət edib
Ceyhun Bayramov: Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir, bütün tapşırıqlar verilib
11:22
819
İsrail Müdafiə Qüvvələri (IDF) gecə Beyrutun cənub ərazilərində Hizbullahın istifadə etdiyi çoxmərtəbəli binalarda onlarla hədəfi vurub.
APA xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin “X” səhifəsində bildirilib.
Məlumata görə, vurulan hədəflər arasında Hizbullahın İcra Şurasının qərargahı, əməliyyat mərkəzləri və dronların saxlanıldığı anbar da var.
“Əməliyyat mərkəzləri Hizbullah tərəfindən IDF hissələrinə və İsrail Dövləti əleyhinə müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üçün istifadə olunmalı idi”, - məlumatda qeyd olunub.
Əməliyyatlardan əvvəl IDF cənub ərazilərdə dörd əsas məhəllə üçün, Hizbullahın möhkəmləndiyi Dahiyeh bölgəsində təxliyə xəbərdarlığı elan edib.