İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Mart 14:01
2 135
ABŞ Dövlət katibi Marko Rubio Tramp administrasiyasının Kuba Prezidenti Migel Dias-Kanelin istefasını tələb etməsinə dair xəbərləri təkzib edib.
“X” hesabında “The New York Times“ qəzetində dərc olunan məqaləyə münasibət bildirən Rubio ABŞ-ın Kuba Prezidentini devirmək niyyəti ilə bağlı məlumatı feyk adlandırıb.
O qeyd edib ki, ABŞ-da belə saxta xəbərlərin dərc olunmasının səbəbi bəzi media qurumlarının özlərini məlumatlı mənbə kimi təqdim edən şarlatan və yalançılara arxalanmalarıdır.
Xatırladaq ki, “The New York Times“ ABŞ-ın danışıqlarda irəliləyiş əldə olunması üçün Kuba Prezidentinin vəzifədən getməsini şərt kimi qoyduğunu iddia edib.