19:37
735
“Əgər adam deyirsə ki, Avropa İttifaqına qəbul etsələr, yaxşıdır, yox etməsələr də onsuz da udacağıq. Belə insanlar adətən şahmatda özləri özlərinə qalib gəlirlər”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Baş nazir Nikol Paşinyanın Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, mücərrəd Aİ standartları İrəvan tərəfindən bir növ qeyd-şərtsiz fayda kimi təqdim olunur.
“Ermənistan hökumətinin Avropa standartlarını tətbiq etmək marağı, İrəvanın onların hazırlanması ilə heç bir əlaqəsi olmadığını nəzərə alsaq, xüsusilə qəribə görünür. Bununla belə, Ermənistan MDB və Avrasiya İqtisadi İttifaqı daxilində bütün proseslərdə nəinki tam hüquqlu iştirakçıdır, həm də həmin normaların yaradıcılarından biridir. Əlbəttə ki, mənzərə çox gözəldir, baxmayaraq ki, Avropa İttifaqının özünün düşdüyü dərin böhranı nəzərə alsaq, reallığın nəyə əsaslandığı bəlli deyil. Bunlar sadəcə sözlər deyil, sənaye istehsalının azalması, artan dövlət borcunun və nəhəng miqrasiya probleminin konkret göstəriciləridir”, - Rusiya XİN sözçüsü bildirib.