“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
11:25
658
Avstraliyalı üzgüçü Kameron Makevoy Çində keçirilən açıq çempionatda sərbəst üsulla 50 metr üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Bu barədə Beynəlxalq Su İdmanı Növləri Federasiyası məlumat yayıb.
Qeyd edək ki, 16 il əvvəl müəyyənləşdirilmiş rekord braziliyalı Sezar Cyela məxsus olub və 20,91 saniyə təşkil edib. Kameron Makevoy isə 50 metr məsafəni 20,88 saniyəyə qət edib. İdmançı şəxsi rekordunu da 0,18 saniyə yeniləyib.
Kameron Makevoy 2024-cü il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Onun həmçinin iki dünya çempionluğu titulu və 2016 və 2020-ci illərdə əldə etdiyi üç bürünc olimpiya medalı var.