14:58
924
ABŞ və İsrail İsfahan Texnologiya Universitetinin binasına hücum edib, tələfat yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
"Tasnim" agentliyi bəyanatın mətnini belə təqdim edir: "26 mart şəfəq vaxtı cinayətkar Amerika və qəsbkar sionist rejim İsfahan Texnologiya Universitetinin binasına hücum etdi. Bu hücum universitet binasına və ətrafdakı tikililərə ziyan vurdu. Xoşbəxtlikdən, insan tələfatı olmayıb".
Məryəm Quliyeva