Tramp İranla sülh üçün neftə çıxış şərti qoya bilər Dünya

Tramp İranla sülh üçün neftə çıxış şərti qoya bilər

Birləşmiş Ştatlar İran ətrafındakı münaqişəyə son qoyulması üçün İslam Respublikası ilə bağlanacaq hər hansı saziş çərçivəsində İran neftinə çıxış əldə etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp müşavirləri ilə müzakirə zamanı İranla istənilən sövdələşmənin elementi kimi İran neftinin bir hissəsinə çıxışın təmin edilməsi ideyasını səsləndirib. Bununla belə, nəşrin həmsöhbəti vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı hər hansı konkret plan hazırlanmır.

Məryəm Quliyeva