Tramp: "İran sövdələşmə üçün bizə yalvarır" Gündəm

Tramp: "İran sövdələşmə üçün bizə yalvarır"

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran Vaşinqtonla razılaşma imzalamaq üçün "yalvarır".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezident özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb:

"İranlı danışıqçılar bizə bənzəmirlər, onlar çox qəribədirlər. Onlar sövdələşmə bağlamaq üçün bizə yalvarırlar – elə belə də etməlidirlər, çünki biz onları hərbi gücümüzlə darmadağın etmişik. Onların bərpa olunmaq şansı yoxdur, buna baxmayaraq, onlar hələ də kütləvi şəkildə bizim təklifimizi "yalnız nəzərdən keçirdiklərini" bəyan edirlər".

Məryəm Quliyeva