15:22
931
İran hakimiyyəti ABŞ ilə sülh sazişi bağlamaq qərarına gəlsə, müdrik davranmış olar. Əks halda onları əvvəllər heç vaxt görmədikləri miqyasda hücumlar gözləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
"Əgər İran müdrikdirsə, sövdələşməyə gedəcək. Əgər yoxsa, Müdafiə Nazirliyi daha böyük güclə — onların (İran hakimiyyətinin) heç vaxt görmədiyi bir səviyyədə cavab verəcək", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva