16:12
1 043
İsrail rəhbərliyi, ABŞ-ın quru əməliyyatına başlamaq qərarı verəcəyi təqdirdə, öz quru qoşunlarını İran ərazisinə göndərmək ssenarisini istisna edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al-Monitor" portalı İsrail Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Bununla belə, portalın həmsöhbətlərinin qeyd etdiyinə görə, quru əməliyyatı başlayacağı təqdirdə İsrail kəşfiyyat məlumatları və hava zərbələri hissəsində ABŞ-a mümkün olan bütün dəstəyi verməyə hazırdır. "Onlar (amerikalılar) bizdən ən dəqiq kəşfiyyat məlumatlarını və bütün mümkün yardımları alacaqlar", — deyə mənbə əlavə edib.
Məryəm Quliyeva