Ukrayna Rusiyanın raket daşıyıcısına zərbə endirdi Gündəm

Ukrayna Rusiyanın raket daşıyıcısına zərbə endirdi

Ukrayna Rusiyanın Novorossiyskdəki dəniz hədəflərinə PUA zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna PUA qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

Məlumata görə, Rusiya Qara dəniz Donanmasının “Kalibr” raket daşıyıcı “Admiral Qriqoryeviç” freqatı və “Sivaş” qazma qurğusunu hədəf alınıb.

Qeyd edək ki, bundan əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Ukraynanın əsasən Novorossiysk şəhərinə ardıcıl hücumlar həyata keçirdiyini bildirmişdi.

Məryəm Quliyeva