Azərbaycan və Gürcüstan liderləri yeni investisiya layihələri barədə müzakirə aparıblar
Prezident İlham Əliyev: İnanırıq ki, Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcək
Kobaxidze: Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyib
Baş nazir: Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur
İrakli Kobaxidze: Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur
12:48
616
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Bildirilib ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
"Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", məlumatda deyilir.
13:51
406
13:26
518
13:06
602