23 Noyabr 14:47
6 Aprel 13:12
3 829
Bu ilin yanvar - fevral ayında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı" xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.
İki ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
23 Noyabr 16:34
889
23 Noyabr 16:02
1 099
23 Noyabr 15:59
896