Nazirlik: Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb, ərazilərdə tədbirlər həyata keçirilir Hadisə

Nazirlik: Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb, ərazilərdə tədbirlər həyata keçirilir

Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır.

Bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.