Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub - VİDEO
Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü olub
İran XİN: "Hörmüz boğazında təhlükəsizlik üçün Omanla məsləhətləşmələr aparılır"
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin tabeliyindən alınıb Dövlət Xidmətinə verilir
12:30
581
“ABŞ və İran arasında müəyyən danışıqlar aparılsa da bu, daha öncə başlamış danışıqlardır. Görünür, müharibənin davam etməsinə rəğmən zaman-zaman hələ də müəyyən bir təmaslar var. Yaxın günlərdə mümkün anlaşma ehtimalı zəif görünür. Çünki hesab edirəm ki, anlaşma iki tərəfdən birinin tamam geri çəkilməsi halında mümkün ola bilər. Vəziyyətə baxdıqda nə ABŞ və İsrafil tərəfi geri çəkilir, nə də İran geri çəkilir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı söyləyib.
A.Nərimanlı bildirib ki, digər tərəfdən İranda anlaşmaya maraqlı olan qüvvələr olsa belə İranı faktiki olaraq SEPAH idarə edir ki, SEPAH-ın mövqeyi kifayət qədər sərtdir və onların tələblərinə də baxdıqda razılaşmanın çətin olacağını deyə bilərik: “Xüsusən də Hörmüz boğazında İranın suverenliyinin təmin edilməsi, yəni İranın əlavə səlahiyyətlərinin qəbul edilməsi məsələsi var ki, bu, təkcə ABŞ və İsrail üçün yox, bütövlükdə, boğazdan istifadə edən digər ölkələr üçün də qəbuledilməzdir. Amma İran tərəfi, xüsusilə SEPAH müharibənin mövcud vəziyyətindən istifadə edərək həm də buna nail olmaq istəyir”.
Politoloqun sözlərinə görə, bununla yanaşı, SEPAH hələ də hesab edir ki, yəni İranda hesab edirlər ki, onlar qlobal iqtisadiyyatda yaratdıqları problem nəticəsində ABŞ və İsrail geri çəkiləcək və onlar qalib gələcəklər: “Yəni hazırda bütün itkilərə rəğmən İran rejiminin sağ qalması, əslində, onlar üçün qalib gəlmək deməkdir. SEPAH-ın mövqeyi kifayət qədər sərtdir. ABŞ tərəfi müəyyən bir anlaşmaya meyilli olsa belə burada İsrail tərəfi bir qədər radikal mövqe sərgiləyir. Bu, İranın mövcud rejiminə heç bir güzəşt etmədən danışıqların aparılması ilə bağlıdır. Yəni bu baxımdan tərəflərin mövqeyinə və müharibə meydanındakı vəziyyətə baxdıqda fikrimcə, yaxın perspektivdə ABŞ və İran arasında anlaşma ehtimalı zəifdir”.
Röya İsrafilova