Prezident İlham Əliyev: İnanırıq ki, Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcək Siyasət

Prezident İlham Əliyev: İnanırıq ki, Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcək

Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.

“Gürcüstanın əldə etdiyi uğurlar münasibəti ilə sizi təbrik etmək istəyirəm. Gürcüstanda əlverişli sərmayə mühiti var. Bunun təminatı gürcü xalqı və sizin apardığınız siyasətdir. İnanırıq ki, iki ölkənin əlaqələri bundan sonra da inkişaf edəcək”, - dövlət başçısı vurğulayıb.