İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın böyük silah anbarını aşkar edib Gündəm

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın böyük silah anbarını aşkar edib

İsrail Müdafiə Ordusunun (SAXAL) "Givati" xüsusi təyinatlı bölməsinin qüvvələri Livanın cənubunda "Hizbullah" təşkilatına məxsus, istifadəyə hazır vəziyyətdə olan raket anbarı və atıcı qurğular aşkar ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

"91-ci diviziyanın komandanlığı altında fəaliyyət göstərən "Givati" xüsusi təyinatlı qüvvələri İsrail dövlətinin vətəndaşlarına qarşı təhdidləri aradan qaldırmaq üçün ön müdafiə xətti bölgəsində fəaliyyətlərini davam etdirirlər.

Məqsədli əməliyyat çərçivəsində bölmənin döyüşçüləri bu gün Livanın cənubunda "Hizbullah" terror təşkilatının raket buraxılış qurğularının yerləşdiyi əraziyə reyd keçiriblər. Orada onlarla raket və təşkilatın yaraqlıları tərəfindən istifadə edilən 'Kalaşnikov' avtomatları, RPG (qumbaraatanlar) və digər döyüş ləvazimatları daxil olmaqla müxtəlif silah növləri aşkar edilib.

Bundan əlavə, qüvvələr Livanın cənubunda fəaliyyət göstərən SAXAL bölmələrinə və İsrail ərazisinə tərəf yönəldilmiş, doldurulmuş atıcı qurğular tapıblar.

Məhz bu ərazidən "Hizbullah" terror təşkilatı SAXAL qüvvələrinə və İsrail vətəndaşlarına qarşı onlarla raket atıb", — deyə ordunun məlumatında bildirilir.

Məryəm Quliyeva