Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib Dünya

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit okeanda yerləşib, ocağı isə 30 km dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.