Braziliyada təyyarə yaşayış evinə çırpılıb Dünya

Braziliyada təyyarə yaşayış evinə çırpılıb

Braziliyanın Belo-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb.

CNN-in məlumatına görə, hadisə nəticəsində pilot və bir sərnişin həlak olub, digər şəxslər xəsarət alıb.

Təyyarədə ümumilikdə beş nəfərin olduğu ehtimal edilir.

Məlumata görə, pilot uçuş zamanı texniki problemlər barədə dispetçerə xəbər verib.

Çırpıldığı ev boş olduğundan sakinlər arasında xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.