08:57
728
Çinin Çanşa şəhərində pirotexnika zavodunda baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, əraziyə təxminən 500 xilasedici cəlb olunub, partlayış təhlükəsi ilə əlaqədar insanlar təxliyə edilib. Bildirilir ki, yaxınlıqdakı iki anbarın qara barıtla dolu olması əlavə risk yaradıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin hadisənin hərtərəfli araşdırılmasına dair göstəriş verib.
Hazırda partlayışın səbəbləri müəyyənləşdirilir.
Axtarış-xilasetmə əməliyyatlarında fövqəladə xidmətlər tərəfindən üç robotdan istifadə olunub.