Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır Dünya

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır

Türkiyənin İttifaqa qəbul olunmaması Ankara ilə bağlı deyil, Brüsselin gələcək baxışı və strateji yanaşması ilə əlaqədardır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

Ərdoğan vurğulayıb ki, Avropa İttifaqının qlobal siyasətdə güclü aktora çevrilməsi üçün Türkiyənin tamhüquqlu üzvlüyü vacibdir.

Onun sözlərinə görə, Türkiyənin daxil olmadığı bir Aİ-nin qlobal güc və cazibə mərkəzi olması çətindir.

Prezident həmçinin Aİ-yə çağırış edərək ikili standartlardan uzaq siyasət aparılmasını tövsiyə edib.

“Biz ehtiyac yarananda xatırlanan, lazım olanda qapısı döyülən, digər vaxtlarda isə kənara qoyulan bir ölkə deyilik və heç vaxt da olmayacağıq”, – deyə Ərdoğan əlavə edib.