Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
4 May 23:14
2 023
Ukrayna 6 may tarixindən etibarən “sükut rejimi” elan edir.
"Unian"ın məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı bildirib ki, rejim 5-dən 6 maya keçən gecə saat 00:00-dan qüvvəyə minəcək və bu müddətdə Ukrayna tərəfi “güzgü prinsipi” ilə hərəkət edəcək.
Zelenski Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəsə də münasibət bildirib. Onun sözlərinə görə, bu günə qədər hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı Ukraynaya rəsmi müraciət daxil olmayıb.
“İnsan həyatı istənilən yubileyin qeyd olunmasından qat-qat dəyərlidir. Buna görə də mayın 5-dən 6-sına keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik”, – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, bu müddət ərzində döyüşlərin real şəkildə dayandırılması mümkündür.
“Göstərilən vaxtdan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi hesab edirsə ki, Ukraynanın xoş niyyəti olmadan Moskvada parad keçirmək mümkün deyil, deməli, indi Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”, – deyə Zelenski əlavə edib.
30 İyun 22:02
1 036
30 İyun 21:27
1 015
30 İyun 21:26
987