“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
09:58
658
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə hərbi qulluqçularının Latviyaya gəlməsi barədə bəyanatı ilə əlaqədar qəti etirazını bildirmək üçün Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkini nazirliyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumat bunu təsdiqləyir.
Qurumdan qeyd olunub ki, Rusiya kəşfiyyatının gəldiyi qənaətlər "Rusiya Federasiyası tərəfindən daha əvvəl irəli sürülmüş yalan ittihamlara" əsaslanır. Rusiya səfirliyinin rəhbərinə etiraz notası təqdim edilib və sənəddə vurğulanıb ki, Latviya hakimiyyətinin öz ərazilərinin Kiyevin maraqları üçün istifadə olunmadığı barədə dəfələrlə verdiyi bəyanatlara baxmayaraq, Rusiya dezinformasiya yaymağa davam edir.
Məryəm Quliyeva