“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
Keniyalı nazir: Dünya Bankının maliyyəsi təkbaşına gecəqondu problemini həll etmir
Vahid Hacıyev: Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
Tailandlı ekspert: Mənzil probleminin həlli üçün icmaları prosesin mərkəzinə qoymaq lazımdır
10:13
665
ABŞ Prezidenti Donald Trampın administrasiyası bu həftə NATO üzrə müttəfiqlərinə bəyan etməyi planlaşdırır ki, Birləşmiş Ştatlar irimiqyaslı böhran baş verəcəyi təqdirdə alyansın avropalı üzvlərinə kömək üçün ayıra biləcəyi hərbi güclərin həcmini azaldacaq.
Xalqcebhesi.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məsələ ilə tanış olan üç mənbə məlumat verib.
"NATO Force Model" kimi tanınan struktur çərçivəsində alyansa üzv ölkələr münaqişə və ya hər hansı digər böyük böhran zamanı — məsələn, NATO üzvünə hərbi hücum olduqda — cəlb edilə biləcək mövcud qüvvələrin siyahısını müəyyən edirlər. Müharibə dövrü üçün nəzərdə tutulan bu qüvvələrin dəqiq tərkibi ciddi şəkildə gizli saxlanılsa da, Pentaqon öz öhdəliklərini əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Bu barədə adlarının açıqlanmasını istəməyən mənbələr məlumat veriblər.
Tramp açıq şəkildə bildirib ki, Avropa ölkələrinin qitənin təhlükəsizliyi üçün Birləşmiş Ştatların əvəzinə əsas məsuliyyəti öz üzərilərinə götürməsini gözləyir. Müttəfiqlərə bu həftə göndəriləcək mesaj bu siyasətin praktikada tətbiq olunmasının konkret göstəricisidir.
Bəzi detallar, məsələn, Pentaqonun böhranlara reaksiya vermək öhdəliklərini avropalı müttəfiqlərin üzərinə nə qədər tez ötürməyi planlaşdırdığı hələlik qeyri-müəyyən olaraq qalır. Bununla belə, mənbələr bildiriblər ki, Pentaqon öhdəlikləri azaltmaq niyyətini cümə günü Brüsseldə müdafiə idarələri rəhbərlərinin görüşündə elan etmək niyyətindədir.
Məryəm Quliyeva