Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 490-ı keçib Gündəm

Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 490-ı keçib

Konqo Demokratik Respublikasında (DRK) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 492-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Ötən sutka ərzində 19 nəfər vəfat edib. Yoluxanların sayı 1 528 nəfər təşkil edir ki, bu da 4 iyul ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32,2%-dir.

Təmasda olanların izlənməsi göstəricisi 81,5%-ə çatıb.

Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də DRK-nın şərqində və Uqandada başlayıb. Episentri isə Konqonun İturi əyalətində yerləşir.

Məryəm Quliyeva