Rus polkovnik Ərdoğanın 2027 hədəfini şərh etdi Dünya

Rus polkovnik Ərdoğanın 2027 hədəfini şərh etdi

ABŞ-ın inkişaf etmiş sualtı gəmilərə sahib olduğunu bilən Türkiyə ikitərəfli münasibətlərin gərginləşəcəyi təqdirdə hansı üsullarla hərəkət edəcəyini bilmək istəyir. Bunu Rusiyanın ehtiyatda olan polkovniki Aleksandr Perenciyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2027-ci ilə qədər 6 sualtı gəmi inşa etmək barədə planına münasibət bildirərkən deyib.
"Ankaranın öz sualtı gəmilərini inkişaf etdirməsi və istehsalı Vaşinqtonla hər cür gərginliyə qarşı arqument ola bilər. Türkiyə donanması sayəsində "əzəli" dostlarına və sözdə müttəfiq olanlara qarşı gizli mübarizə apara bilər. ƏIbəttə, Türkiyə gələcəkdə belə bir qarşıdurmanın meydana gələcəyini göz önündə saxlayır. NATO ilə gərginliyə səbəb ola biləcək S-400 raket sistemləri də nəzərə alındı. Türkiyə artıq öz ordusunu NATO ilə birlikdə görmür", - Perenciyev qeyd edib.