Türkiyəyə qarşı beştərəfli alyans Dünya

Türkiyəyə qarşı beştərəfli alyans

Misir, Liviyada və Aralıq dənizində Türkiyənin hərəkətlərinə qarşı çıxmaq üçün Yunanıstan, Kipr, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransanı özündə birləşdirən anti-Türkiyə ittifaqı yaradıb. Mayın 11-də bu ölkələrin xarici işlər nazirlərinin virtual görüşü zamanı ittifaq elan olunub.
Görüşdən qısa müddət sonra açıqlanan ortaq bəyanatda beştərəfli birliyin Türkiyənin Aralıq dənizində “qanunsuz” qazma işləri aparmasına, Kiprin ərazi sularında Ankaranın hərəkətlərinə diqqət yetiriləcəyi bildirilib.
Bununla bərabər, Avropa İttifaqı (Aİ) may ayından bu yana Kiprdə qazma işləri aparan “Yavuz” qazma gəmisinin fəaliyyətini qınayıb.
Mayın 3-də rəsmi Afina yunan adaları üzərində uçan 2 türk təyyarəsinin Egey dənizindəki uçuşunu pisləyib.
Strateq “Əl Manitor”a istinadən yazır ki, Alyansın bəyanatında Türkiyənin Liviyadakı hərəkətləri, o cümlədən Tripolidə yerləşən Liviya Milli Birlik Hökuməti (MBH) arasında 2019-cu ilin noyabr ayında imzalanmış Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi, təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı anlaşma memorandumu da tənqid olunub.
Mayın 14-də türk neft şirkəti Aralıq dənizinin şərqində kəşfiyyata başlamağa icazə almaq üçün MBH-yə sorğu göndərib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 17-də baş nazir Fəyyaz Sərracla memorandumun icrasını da müzakirə aparıb.
Türkiyə əleyhinə ittifaq, həmçinin Liviyada davam edən müharibəni və Türkiyənin MBH-yə verdiyi dəstəyi pisləyib, Türkiyəni Suriyadan Liviyaya xarici döyüşçü ixracını dayandırmağa çağırıb.
Liviyada Türkiyənin hərbi hərəkətləri Tripoli ətrafında hökumətyönlü qüvvələr və Xəlifə Həftərin Liviya Milli Ordusu (LMO) arasında gedən döyüşlərin gedişatını dəyişdirib. Sonuncu özünü mayın 19-da türk döyü gəmiləri və dronları ilə dəstəklənən MBH-nın hücumları fonunda əl-Vatiyə hava bazasından üzə çıxarıb.
Alyansın ortaq açıqlamasında müntəzəm olaraq məsləhətləşmələr aparmanın davam edəcəyi qənaətinə gəlinib və bu, ittifaqın Türkiyəni çəkindirməsinin daha bir təsdiqidir.
Bəyanat Ankaranın qəzəbinə səbəb olub. Xarici İşlər Nazirliyinin 11 may tarixli açıqlamasında “Ankaranın bölgədəki bu təxribat planları və fitnəçilərə qarşı müvəffəq olduğu” bildirilib.
Misir və BƏƏ açıq şəkildə LMO-nu dəstəkləyir. Misir prezidenti Sisi hələ 2019-cu ilin dekabr ayında “LMO-nu dəstəkləyirik və bundan imtina etməyəcəyik” açıqlamasını verib.
Aprel ayında BƏƏ LMO-nun Liviyada ekstremist milislərlə qarşı səylərini yüksək qiymətləndirib.
Qahirə Universitetinin siyasi elmlər professoru Tariq Fəhmi “əl-Monitor”-a verdiyi açıqlamasında bildirib: “Beştərəfli ittifaq Türkiyənin narahatlıqlarını artırmaq üçün ilk hədəfinə çatıb. Bu, Türkiyənin Xarici İşlər Nazirliyinin ittifaqa üzv olan ölkələrin hər birinə şifahi hücum etdiyi açıqlamada aydın olub”.
O əlavə edib: “Fransanın ittifaqda iştirakı çox vacibdir, çünki o, Avropa İttifaqı gücü olaraq görülür. Fransa Kiprdə türk pozuntularından qorunmaq üçün Ankaraya qarşı gözlənilən sanksiyalar tətbiq olunmasına da töhfə verə bilər.
Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün ittifaqda əhəmiyyətli bir rol oynayacaq. Beləliklə, Türkiyənin Liviyadakı hərəkətlərinin lehinə istənilən qərara veto qoya bilər”.
MBH-nin xarici işlər naziri Məhəmməd Taha Siyala mayın 18-də bildirib ki, “əl-Vatiyə hava bazasında olan çox sayda silahın Həftəri dəstəkləyən ölkələrə aiddir və nazirlik Təhlükəsizlik Şurasına təqdim edilmə üçün bununla bağlı sənəd hazırlayr”.
Fəhmi qeyd edib ki, Fransa Liviyaya silah embarqosu tətbiq etmək üçün aprel ayından başlayan, Aİ-nin “İrini” adlandırılan missiyasının iştirakçısıdır. May ayının əvvəllərində Türkiyənin müdafiə naziri Hulusi Akar “İrini” dəniz missiyasındakı tərəfləri LMO-ya dəstəyinə yenidən baxmağa çağırıb.
Bu arada, Türkiyənin Anadolu İnformasiya Agentliyi Türkiyənin MBH-ya hərbi dəstəyinin qarşısını almaqda Fransanı günahlandıran bir məqalə dərc edib.
Fransa prezidenti Emmanuel Makron martın 9-da Parisdə Həftərlə görüşü zamanı LMO-nun terrorizmlə mübarizəsini dəstəklədiyini bildirib.
Fəhmi bildirib: “Liviya və Aralıq dənizində Türkiyənin davamlı qanun pozuntuları, ehtimal ki, ittifaqın hərbiləşməsinə səbəb olacaq. Əlaqəli ölkələrin maraqlarını qorumaq və Türkiyəyə qarşı təhlükəsizlik, strateji və məlumat koordinasiyasını gücləndirmək üçün ortaq onlar hərbi qüvvə meydana gətirəcək”.
Liviyalı politoloq Həsən əl-Həssi “əl-Monitor”-a açıqlamasında deyib: “Gələcək dövrdə MBH-ni dəstəkləyən və Türkiyənin hərbi müdaxiləsinə qarşı beştərəfli ittifaq kimi yeni koalisiyaların yaranacağının şahidi olacaqsınız”.
O əlavə edib: “Misir Liviya ilə sərhəddə milli təhlükəsizliyini qorumaq üçün ittifaqın davamlı qarantıdır”.
Mayın 19-da Afrika Birliyi rəhbərliyindəki təmas qrupunun iclası zamanı Sisi “Liviyanın sabitliyi Misirin milli təhlükəsizliyinin müəyyənləşdiricisidir, terrorçu qruplara və onları dəstəkləyənlərə dözməyəcəyik”, – deyib.
Politoloq əlavə edib: “Fransa,Türkiyənin təhdid etdiyi Liviyadakı maraqlarını qorumaq məqsədi ilə yeni qurulan ittifaqa qoşulub. O, alyansı gücləndirməyə çalışacaq”.