Çexiyada komendant saatı ləğv edilib Dünya

Çexiyada komendant saatı ləğv edilib

Çexiya hakimiyyəti koronavirus pandemiyası səbəbilə tətbiq edilmiş sosial məhdudiyyətləri yumşaldıb.

Trend-in məlumatına görə, bu gündən Çexiyada gücləndirilmiş sanitariya və epidemioloji tədbirlərə əməl etməklə ölkə ərazisində restoranlar və digər ictimai iaşə obyektləri, mağazalar və əhaliyə ticarət xidməti göstərən digər müəssisələr məhdud rejimdə fəaliyyətlərini bərpa edirlər.

Bundan əlavə, ölkə ərazisində saat 23:00-dan 05:00-dək tətbiq edilən komendant saatı ləğv edilir.