16:50
665
Türkiyə Ukraynadakı nizamlanma üzrə danışıqların bərpası və bununla bağlı diplomatik prosesin aktivləşdirilməsi istiqamətində iş aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merts ilə telefon danışığı zamanı bildirib.
"Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibənin qalıcı sülhlə başa çatması üçün səylər göstərir, danışıqların bərpası və diplomatik prosesin canlandırılması istiqamətində iş aparır", — deyə telefon danışığının yekunlarına dair Türkiyə prezidentinin kommunikasiya idarəsi məlumat yayıb.
Məryəm Quliyeva