“Türkiyə Avropadan asılı deyil”
29 İyun 19:57
29 İyun 19:57
29 İyun 19:29
29 İyun 19:16
08:26
574
ABŞ fond bazarları son ticarət sessiyasında yüksəlib.
"APA-Economics" xəbər verir ki, “Dow Jones” indeksi 306,63 bənd və ya 0,59% artaraq 52 182,74 bəndə, “S&P” 500 indeksi 86,41 bənd və ya 1,18% yüksələrək 7 440,43 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə 522,52 bənd və ya 2,07% bahalaşaraq 25 820,14 bənd olub. “NYSE Composite” 0,48% artdığı halda, Kanadanın “S&P/TSX Composite” indeksi 0,45% geriləyib.
Avropa bazarlarında isə əsasən eniş müşahidə olunub. “Euro Stoxx” 50 indeksi 0,16% yüksəlsə də, FTSE 100 0,23%, Almaniyanın “DAX” indeksi 0,18%, Fransanın CAC 40 indeksi 0,21%, İspaniyanın “IBEX” 35 indeksi isə 0,20% azalıb.
Asiya-Sakit okean regionunda ticarət qarışıq yekunlaşıb. Yaponiyanın Nikkei 225 indeksi 1,32%, “TOPIX” 0,71%, Çinin CSI 300 indeksi 1,12%, “MSCI AC Asia Pacific” indeksi isə 0,16% yüksəlib. Honq Konqun Hang Seng indeksi 1,18% enib, Avstraliyanın “S&P/ASX 200” indeksi isə demək olar ki, dəyişməyib.
Bazar iştirakçıları ABŞ-da texnologiya sektorunda güclü alışlar və faiz dərəcələri ilə bağlı optimist gözləntiləri müsbət amil kimi qiymətləndirirlər. Avropa bazarlarında isə investorlar iqtisadi artım perspektivləri və mərkəzi bankların pul siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda daha ehtiyatlı mövqe sərgiləyiblər.