Tramp: WTI neftinin qiyməti 69 dollara düşüb və benzinin qiymətləri sürətlə azalır Gündəm

Tramp: WTI neftinin qiyməti 69 dollara düşüb və benzinin qiymətləri sürətlə azalır

ABŞ Prezidenti Donald Tramp WTI markalı neftin ucuzlaşmaqda davam etdiyini bildirib

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"WTI markalı neft 69 dollardır və düşməkdə davam edir. Bu, İranın nüvəsizləşdirilməsi prosesi başlamazdan əvvəlki dövrlə müqayisədə daha azdır!" — deyə paylaşımda bildirilir.

Digər bir postunda isə Tramp benzinin qiymətinin aşağı düşdüyünü bəyan edib: "Benzinin qiymətləri sürətlə aşağı düşür! Pərakəndə satış səviyyəsində hər hansı qanunpozuntusu barədə məlumat verin!!!".

Məryəm Quliyeva