Britaniyanın sabiq dövlət katibi: Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur
Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
FT: ABŞ İranla müharibədə kritik silah-sursat ehtiyatından istifadə edib
“11 mart görüşü Azərbaycan–Aİ münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir”
26 Yanvar 2021 09:37
3 710
Moskva məhkəmələri yanvarın 23-də təşkil olunmuş icazəsiz aksiyada iştirak etdiklərinə görə inzibati həbslərə dair 30 qərar və 64 nəfər barəsində cərimə qərarı çıxarıb.
APA xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
“Moskva məhkəmələri 23 yanvar tarixində paytaxtın mərkəzində keçirilən kütləvi aksiya zamanı inzibati xəta törətmiş vətəndaşlara inzibati həbslərin təyin edilməsi ilə bağlı 30 qərar və inzibati cərimələrin təyin edilməsi barədə 64 qərar çıxarıb”, - məlumatda belə deyilir.
Təyin olunan cəzalar özündə 7 gündən 15 günədək inzibati həbsləri, 10 min rubldan 250 min rubla qədər olan inzibati cərimələri əks etdirir.