NATO: Alyans Yaxın Şərqdə əməliyyatlarda iştirak etmir Dünya

NATO: Alyans Yaxın Şərqdə əməliyyatlarda iştirak etmir

NATO Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir.

Xalqcebhesi.az xəbər verir ki, bunu alyansın Hərbi Komitəsinin sədri, italiyalı admiral Cüzeppe Kavo Draqone bildirib.

O, münaqişənin nə qədər davam edə biləcəyini qiymətləndirməyin çətin olduğunu qeyd edib.
“Görək ABŞ və İsrail döyüş meydanında əldə etdikləri nəticələri necə qiymətləndirəcəklər. NATO hərbi əməliyyatlarda iştirak etmir və bizdə onların malik olduğu qədər konkret vəziyyətin dərin təhlili yoxdur”, — deyə o, "La Repubblica" qəzetinə müsahibəsində bildirib.

NATO Hərbi Komitəsinin rəhbərinin sözlərinə görə, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi son dərəcə çətin, lakin yerinə yetirilə bilən bir vəzifə olaraq qalır.

Məryəm Quliyeva