İtaliya digər ölkələrə 45 milyon dozada COVID peyvəndi göndərəcək Dünya

İtaliya digər ölkələrə 45 milyon dozada COVID peyvəndi göndərəcək

İtaliya bu ilin sonuna qədər 45 milyon doz COVID-19 koronavirus peyvəndini digər ölkələrə bağışlamaq niyyətindədir. -

Trend-in "İnterfaks" a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Baş naziri Mario Dragi koronavirus wzr' sammitdə deyib.

Hazırda planlaşdırılan sayın əvvəlkindən üç dəfə çox olduğu qeyd edilir.

Nazir bildirib: "İlin sonuna qədər 45 milyon doza çatmaq üçün əlavə 30 milyon doz bağışlayacağıq".

Koronavirusla bağlı virtual sammit ABŞ rəhbərliyinin təşəbbüsü ilə baş tutub və BMT Baş Assambleyasının iclaslarına təhkim edilib. Müzakirənin əsas mövzularından biri dünya ölkələri arasında peyvənd paylanması problemi olub.