ABŞ ilə Moldova Avropaya qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər İqtisadiyyat

ABŞ ilə Moldova Avropaya qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər

ABŞ və Moldova Mərkəzi Avropaya qaz tədarükü sahəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını müəyyən ediblər.

Trend-in məlumatına görə, bu barədə Vaşinqtonda keçirilən iki ölkənin nümayəndə heyətlərinin strateji dialoqundan sonra ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanatda deyilir.

"Tərəflər Şərqi Aralıq dənizindəki terminallardan Ukrayna və Moldovaya və nəhayət, Ukrayna vasitəsilə Mərkəzi Avropaya qeyri-Rusiya istehsalı qazının çatdırılması üçün mövcud qaz infrastrukturundan istifadə etməyə imkan verəcək “şaquli dəhliz”i müzakirə ediblər", - deyə sənəddə bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin aprelində Moldovanın ilk dəfə olaraq ABŞ-dan təbii qaz alıb və vurğulanıb ki, ABŞ-dan gələcək qaz tədarükü həm Moldova Respublikasının enerji təhlükəsizliyini, həm də ABŞ ilə Moldova arasında ikitərəfli ticarət əlaqələrini gücləndirəcək.