Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi Hadisə

Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Ramazanov Murad Ramazan oğlu “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib.

Araşdırma aparılır.