ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır Dünya

ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır

Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika firmaları ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.

Bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün cümə günü elan oluna biləcək ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur. Mənbələrin bildirdiyinə görə, bura Patriot hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar, əks PUA-lar və hava-hava raketləri daxil olacaq.

Qeyd olunur ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq. Nəşr vurğulayır ki, sözügedən silahlar çox güman ki, Ukraynaya yalnız bir neçə ildən sonra gələcək, çünki müqavilələr Kiyev üçün yeni silah və texnikanın istehsalını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində bağlanıb.

Cavid