Husilər İsrail hədəflərinə raket atıb Dünya

Husilər İsrail hədəflərinə raket atıb

Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Eylat şəhəri ərazisində yerləşən bir neçə hədəfə raket zərbəsi endirib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

"Raket birləşmələrimiz Umm ər-Rəşraş bölgəsində (Eylat nəzərdə tutulur - TASS) İsrailin bir sıra hədəflərinə bir neçə ballistik və qanadlı raketlər atıb", - Saria Ənsar Allahın nəzarətində olan Əl Məsirə telekanalında deyib. Husi ordusunun sözçüsü bu zərbənin hansı nəticələrə səbəb olduğunu açıqlamayıb.

Cavid