ABŞ qırmızı xətti keçməməlidir Dünya

ABŞ qırmızı xətti keçməməlidir

Birləşmiş Ştatlar Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri pozmamalıdır.

Bunu Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çinin xarici işlər naziri Van İ deyib.

Çin Mərkəzi Televiziyası Van İ-dən sitat gətirib: "Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarından söhbət gedəndə qırmızı xətləri keçməməlidir".

O vurğulayıb ki, “Çin həmişə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə sadiq qalıb və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafının təşviqinə sadiqdir.

Cavid